F-1.az xatırladır ki, avstraliyalı sürücü mövsümə bərbad başlayıb və hazırda komanda yoldaşı Norrisdən 47 xal geridə qalır. Komandanın rəhbəri Zek Braun da ondan narazı olduğunu mətbuata bildirib.
Bəzi iddialara əsasən Rikkardonu ya Piastri ya da Fettel gələcək.
Daniel Rikkardo: “Formula1-dəki gələcəyim barədə çox söz-söhbətlər var, ancaq istəyirəm ki, doğruları məndən eşidəsiniz. Gələn ilin sonuna qədər McLaren-lə müqaviləm var və idmandan ayrılmıram. Hər şey həmişə asan olmur və asan olmasını istəyən də yoxdur. Komandanı təkmilləşdirmək üçün əlimdən gələni edirəm. Fransada görüşərik”.