F-1.az bildirir ki,avstraliyalı sürücü komanda ilə əməkdaşlarını ehtiyat sürücü kimi davam etdirə bilər, əlbəttə, bu onu maraqlandırarsa.
Andreas Zaydl: “Biz hələ bunu müzakirə etməmişik, pilot seçimini adətən qış fasiləsində edirik. Son illər ehtiyat sürücülərimizi başqa komandalarla bolüşürdük. Daniel ilə fikir ayrılığımız yoxdur. Ola bilər ki, 2023-cü ildə də sürücümüz olsun”.
Son vaxtlar Rikkardonun Mercedes ilə üçüncü sürücü kimi müqavilə bağlaması barədə şayiələr gəzir. Nəzərə alsaq ki, McLaren almanların güc qurğusu ilə təchiz olunur, Danielin hər iki komanda üçün ehtiyat sürücü kimi fəaliyyət göstərməsi mümkündür.