F-1.az xatırladır ki, İnterlaqosdakı yarışda iki sürücü bir-birlərilə təmas etmiş və nıticədə Rikkardonun ön qanadı qırılmışdı. Maqnussen isə yerində fırlanmışdı.
Kevin Maqnussen: “Nə baş verdiyini bilmirəm. Bəlkə də, vəziyyəti səhv dəyərləndirdi. Daniel məndən üzr istədi və hər şey qaydasındadır. Düzdür, yarışın əvvəlində yerində fırlanmaq yaxşı olmadı. Ön qanad zədələndi və çox yer itirdim. Yarışda ələ düşən fürsətləri görəndə ikiqat məyus oldum. Hər şey tərsinə getdi. Məyusam. Yarışın sonunds təhlükəsizlik maşınına görə xal qazana bilərdim, ancaq bəxtim gətirmədi. Restartdan sonra 12-ci döngədə asfaltla ilişmə problemi yaşayırdım. Yarışın əvvəlindəki insident olmasaydı, xallar qazanardıq”.
D.Rikkardo Maqnussendən üzr istəyib
Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, Rikkardo Braziliya yarışından sonra ondan üzr istəyib.