D.Rikkardo: “Malayziyada təkərlər tez yeyiləcək”

Daniel Rikkiardo bildirib ki, Sepanq trasının yenilənmiş asfalt örtüyü təkərlərin resursuna təsir edəcək...

F-1.az xatırladır ki, Sepanq trasının asfalt örtüyü yenilənib. Amma Malayziyada keçirilən MotoGP testlərində yağışdan sonra tras qurusa da, bəzi yerlərdə su toplanıb qalırdı.

Artıq təşkilatçılar bu problemi həll ediblər və FİA əmindir ki, Sepanqda heç bir problem yaşanmayacaq. Buna baxmayaraq, yeni asfalt örtüyü təkərləri tez sıradan çıxaracaq.

Pirelli-nin bu problemi necə aradan qaldıracağı isə hamıya maraqlıdır: “Malayziya fiziki cəhətdən çətin trasdır. Oraya çox vaxt mövsümün əvvəlində gedirik. İndi isə bu qədər yeniliklə ora getmək və onların necə işləyəcəyini görmək bizə çox maraqlıdır. Hava haqqında məlumata baxdım. Orada hava il ərzində sabit olub və bu dəfə də dəyişəcəyini zənn etmirəm. Amma Sepanq trasının asfaltı yeniləndi və bu da təkərlərin resursuna təsir edəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*