D.Rikkardo Malayziyada həbs olunan həmyerlilərinə dəstək olub

Red Bull-un avstraliyalı sürücüsü həmin şəxslərin heç bir pis niyyətlərinin olmadığını düşünür.

F-1.az xatırladır ki, Sepanqda keçirilən yarış zamanı soyunaraq üzərində Malayziyanın bayrağı əks olunmuş alt paltarlarını nümayiş etdirən 9 avstraliyalı həbs olunmuşdu. Polis həmin şəxslərin davranışını sülh və cəmiyyətin əxlaqının pozulmasına təşviqə yol açan qəsdən edilmiş hərəkət kimi qəbul etdiklərini və buna görə həbs edildiklərini bildirmişdi.

Daniel Rikkardo: “Təbii ki, xəbərim var. Lakin mən bunu hadisədən sonra bilmişəm. Onlar bunun zərərsiz bir əyləncə olduğunu düşünüblər və mənim qələbəmi belə qeyd ediblər. Pis düşüncələri olmayıb və etdikləri şeyin yerli xalqa göstərəcəyi təsiri düşünməyiblər…”

 

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*