D.Rikkardo Malayziya və Yaponiya yarışlarına nikbin yanaşır

F-1.az xəbər verir ki, Sinqapur Qran Prisində qələbəyə çox yaxın olan Daniel Rikkardo bu şansı növbəti yarışlarda da əldə edə biləcəyinə inanır.

Daniel Rikkardo: “Həm Sepanq, həm də Suzuka çətin traslardır. Malayziyada fiziki olaraq daha çox yoruluruq. Orada, adətən, mövsümün əvvəli olurduq. Bu il isə Sepanqda daha da inkişaf etmiş maşınlarla yarışmaq maraqlı olacaq. Hava proqnozuna baxmışam. Yağış gözlənilmir. Təkərlərin ömrünün nə qədər olacağını hələ ki, deyə bilmərik.

Yaponiyanı həmişə sevmişəm. Yaxşı sürücülərin özünü göstərə bildiyi trasdır. İlk sektorda diqqətli olmaq lazımdır, çünki ardıcıl döngələr var və ilk döngələri yaxşı keçdikdə, davamı gəlir.

Yaponiyanın yeməklərini və insanlarını da çox sevirəm. İki yarış arasındakı fasilədə Tokioda bir neçə gün gəzmək fikrim var və ümid edirəm ki, şəhəri daha yaxşı tanımaq və daha çox yeməklərin dadına baxmaq imkanı əldə edərəm. Mədəniyyətləri ilə tanış olmaq, Jiro restoranında suşi yemək istəyirəm. Ora barədə sənədli filmə baxmışam və hiss olunur ki, gözəl yerdir. Orada yemək xoşuma gələ bilər…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*