D.Rikkardo Macarıstanı sevir

Red Bull komandasının sürücüsü Daniel Rikkardo daha əvvəl qalib gəldiyi Macarıstanı sevdiyini deyib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü 2014-cü ildə burada qalib gəlib, 2015-ci və 2016-cı illərdə isə podiuma yüksəlib.

Daniel Rikkardo: “Macarıstan yarışını sevirəm. Hamı bu trasa divarsız Monako desə də, razı deyiləm. Bura Macarıstandır! Sürətli trasdır və əksər hallarda isti olur. Dar tras olsa da, ötmə etmək mümkündür. Orta sektor mövsümün ən gözəllərindəndir. Çox sürətli yön dəyişimləri var. Tras əvvəllər çox qabarlı olsa da, bunu düzəldiblər. Bu trasda yarışmağı həmişə sevmişəm, amma şəhər də çox gözəldir. Budapeştdə gözəl və dadlı yeməklər olur. Burada vaxt keçirməyi sevirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*