D.Rikkardo: “Le Manda yarışmaq istəyirəm”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, hələ də 24 saatlıq Le Man marafonunda çıxış etmək istəyir.

F-1.az xatırladır ki, 2015-ci ildə Niko Hülkenberq Le Manda debüt edərək qalib gəlmişdi. Bu il isə Fernando Alonso Monako Qran Prisindən imtina edərək, İndy500 yarışında gücünü sınamağa qərar verib.

Daniel Rikkardo: “Monako xüsusi yarışdır. Onu əldən vermək istəməzdim. Amma seçim etsəm, Daytona500-ü seçərdim. İndyCar məni bir az qorxudur, amma Fernando özünə güvənir və yarışmaq üçün doğru zamanı seçdi. Rəqabətədavamlı maşınla yarışı qazana da bilər. Onun yaşına gələndə mən də bunu sınaya bilərəm. Gələcəkdə Le Manda yarışmaq istəyərəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*