D.Rikkardo komandasız qalmaqdan qorxmur

Red Bull komandasının sürücüsü Daniel Rikkardo gələn il komandasında qala bilər.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün Red Bull komandası ilə müqaviləsi ilin sonunda bitsə də, 28 yaşlı sürücü müqaviləni uzatmağa tələsmir.

Daniel Rikkardo: “Melburnda yaxşı nəticə almaq həm mənim üçün, həm də komanda üçün vacibdir. Mövsümə yaxşı templə başlamalıyıq. Uğur qazansaq, ciddiyətimizi hamı anlayacaq. Bu, mənim ev yarışımdır və burada çoxlu fanatım var. Buraya mənim üçün gələn və çoxlu pul xərcləyən insanlar var. Onları güclü performansımla sevindirmək istəyirəm.

Yeni müqavilə? İndiyə qədər narahatlığım yoxdur. Yeni müqavilə bağlamasam, birillik fasilə götürəcəm və təyyarə ilə daha az səyahət edəcəm. Belə əla olar. Sürücü üçün əsas performansdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*