F-1.az xatırladır ki, Renault komandasının sürücüsü virtual təhlükəsizlik maşını rejimində pitə gec çağırılıb və nəticədə 31 yaşlı pilot vaxtında pitə girməyərək vaxt itirib.
Daniel Rikkardo: “Bizim üçün çətin yarış idi. Pitə çağırılanda pit girişini yeni keçmişdim. Sonra Kvyat trasa önümüzdə qayıtdı və onun arxasında qaldım. Orada çox itirdim. Çətin idi. Beşinci oldum. Okonun ikinci olması ilə əla xallar qazansaq da, əsas rəqibimiz dubl podium etdi və Peres ilk dövrədə pitə girmişdi. Onu təbrik edirəm, amma birinci dövrədə pitə girən maşının qalib gəlməyinə imkan verməməli idik. Estebanı təbrik edirəm”.