F-1.az xatırladır ki, hər iki sürücü əla start alsa da, ikinci döngədə Ferstappen gec əyləcə basaraq, komanda yoldaşı Rikkardoya çırpılıb. Bu təmasdan sonra avstraliyalı sürücünün bolidində radioator deşilib və mübarizə onun üçün başa çatıb. Bundan əsəbiləşən Rikkardo radiodan “bir nəfər mənə çırpıldı – düşündüyüm adamdır? Uduzanda ağlayan axmaq adam!”
Ferstappen isə bu hərəkətinə görə stüardlardan 10 saniyəlik cəza alıb.
Daniel Rikkardo: “Orada ötmə şansı yox idi. Bu sadəcə səhv idi. Daxili trayektoriyada yer yox idi, çünki Bottas orada idi. Mən səhv etmədim. Sadəcə öz trayektoriyamda getdim. Bütün bunlar onun səhvi idi və cəza aldı. Amma bu heç nəyi dəyişmir. Əlimdən heç nə gəlmirdi. İkinci döngədə bu cür hücumla yerini bərpa edə bilməzsən. Çox aqressiv hücum idi. Əsl debütant səhvi idi. Bu gün yarışda olmağı çox istərdim və bunu etməynə ehtiyac yox idi.
Komanda bu barədə nəsə edəcək və mən də edəcəm. Danışılası heç nə yoxdur. Bir sürücü komanda yoldaşının gerisində qalmaqdan xoşbəxt ola bilməz. Bu pis səhv idi. Buna görə bəhanəsi yoxdur. Birinci döngədə xarici trayektoriyada hücum etdi və onu qabaqladım. Gözəl start bərbad oldu. Onu ötdüm və o da mənim yarışımı məhv etdi”.