D.Rikkardo: “Komanda yaxşı vəziyyətdədir”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo dünən başa çatan birinci qış testləri barədə təəssüratlarını bildirib...

F-1.az xəbər verir ki, Daniel Rikkardo testlərin ilk iki günündə 200 dövrə vurub və bildirib ki, Renault-nun onlara verdiyi yeni güc qurğusu yaxşı işləyir və onlar etibarlılıq problemlərinin çoxunu həll ediblər.

Avstraliyalı sürücü bildirib ki, komandada yüksək əhval ruhiyyə hökm sürür: “Mövsümün ilk yarışlarında mükəmməl nəticələr əldə edə bilməyəcəyik, amma doğru yoldayıq. Ümid edirik ki, yarışlardan yaxşı xallar alacayıq”.

Qeyd edək ki, Red Bull komandası 4 günlük testlərdə 369 dövrə vurub. Renault mühərrikləri isə 3314 km yol qət edib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*