F-1.az xatırlaıdır ki, avstraliyalı sürücü Monakoda iki dəfə podiuma yüksəlib və karyerasının yeganə poulunu keçən il Monte Karlonun dar küçələrində əldə edib.
Daniel Rikkardo: “Bu cür dar trasda döngələr arasındakı ardıcıllıq inanılmazdır. Bolidlərin performansı burada daha effektiv olur. Monako ən çox sevdiyim traslardandır və burada sürməkdən həzz alıram. Divarlara yaxın getmək və lazım olanda sürtünmək əla hissdir.
Keçən il burada çox məyus oldum, amma artıq bunu unutmuşam. Bu il yeni bir yarış olacaq və mən də buna hazır ola bilmək üçün əlimdən gələni etməyə çalışacam”.