F-1.az xatırladır ki, Rikkardo yarışa ikinci yerdən başlasa da, startda Niko Rosberqi keçərək liderliyə yüksəlib, amma yarışın üçüncü dövrəsində sol arxa təkəri partladığı üçün vaxtından əvvəl pitə getməli olub. Avstraliyalı sürücü təhlükəsizlik avtomobilindən sonra 17-ci yerə qədər geriləyib.
Geriyə düşəndən sonra mükəmməl performans göstərən və aqressiv ötmələr edən Rikkardo yarışı 4-cü yerdə bitirib.
Daniel Rikkardo: “İlk dövrədəki insidentlərdən sonra bütün qırıntılar trasda qalmışdı. Mən düşünmürdüm ki, bu qırıntılar təkərimi partlada bilər.
Bəxtim gətirmədi və təhlükəsizlik avtomobilindən sonra bir az geriyə düşdüm. Elə bil ağır çəkili boks döyüşçüsü qarnıma yumruq vurmuşdu.
Amma əla geridönüş etdim və karyeramın ən yaxşı yarışını keçirdim”.