D.Rikkardo: Karyeramı bitirdiyimə inanmıram

McLaren komandasının sabiq sürücüsü Daniel Rikkardo karyeraını bitirdiyinə inanmır.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Mclaren-də iki çətin mövsüm keçirdikdən sonra bu il Red Bull-un ehtiyat sürücüsü olub. Lakin 34 yaşlı pilot yenidən yarışmağa qayıdacağına inanır.

Daniel Rikkardo: “Son illərdə hər şeyin yaxşı getidyi anları təqdir etməyi öyrəndim. Bəzi kiçik uğurlara sevinmək həmişə mümkün olmur. Bundan başqa Forula1 mənə hər şeyi mükəmməl etməyi, həmişə xırdalıqları düşünməyi öyrətdi. Bu da mənim yaradıcı olmağıma kömək edir. Artıq bu məndə bir vərdişdir.

Keçən il əhvalım pis idi. Bəzən bezdiyimi hiss edirdim. Ancaq fasiləyə ehtiyacım olduğunu düşünsəm də, Formula1 üçün darıxıram. Bu il bu sevginin necə güclü olduğunu anlamaq üçün özümə şərait yaradacam.

Buna görə məyus olmuram. Karyeramı bitirdiyimi düşünmürəm. Planım budur. Əlimdən gələni edəcəm. Hamı 2018-ci ildə qazandığım Monako yarışından sonra hovuza tullandığım məşhur şəkli xatırlaıyr. Kaş gələcəkdə o hovuza tullanmaq üçün bir bəhanəm olsa”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*