D.Rikkardo: “Jurnalistlər F1-ə futbol kimi yanaşırlar”

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, jurnalistlərin bir neçə yarışlıq performansa görə sürücüləri pisləməsi futbolçular barədə olan şərhləri xatırladır.

F-1.az xatırladır ki, avstraliyalı sürücü yeni mövsümə zəif başlayıb və üç yarışda cəmi 6 xal toplaya bilib. Buna görə də bəzi tənqidlərin hədəfi olub.

Daniel Rikkardo: “Bu tənqidlər qısa müddət ərzində əmələ gəlir. Amma bu, bütün böyük idman tədbirlərində olur. Futbol oynadığınızı və het-trik etdiyinizi düşünün. Sonrakı iki oyunda isə qol vura bilmirsiniz. Onda tənqidlər başlayacaq. Halbuki, iki həftə əvvəl ondan yaxşısı yox idi. İstənilən idman növünün ulduzlarındansınızsa, sizdən həmişə mükəmməl performans gözləyirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*