D.Rikkardo: İstədiyimiz yerdəyik

McLaren komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, performans cəhətdən istədikləri yerdədirlər.

F-1.az xatırladır ki, avstraliyalı sürücü ikinci sərbəst yürüşlərdə mexaniki problem yaşasa da, liderdən 0.9 saniyə geridə qalaraq, 9-cu yeri tutub.

Daniel Rikkardo: “Sərbəst yürüşlər yaxşı keçdi, amma Alpine-lə müqayisədə hər şey açıq görünür. Bir az da inkişaf edə bilərik, ancaq yaxşı nöqtədəyik. Ümid edirəm ki, inkişaf edərik.

Bəzi mexaniki problemlər bizə mane oldu, amma sakitik. Növbəti günlərdə də tempimizi qoruya bilsək, rəqabətədavamlı olacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*