D.Rikkardo: “İnkişaf edirik”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Belçikada podium qazanmaq onun üçün gözəl sürpriz olub.

F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışa 6-cı yerdən başlasa da, Ferstappenin mübarizəni vaxtından əvvəl dayandırması və Rəykkönenin də cəza alması ilə 4-cü yerə qədər yüksələ bilib. 28 yaşlı sürücü Təhlükəsizlik Avtomobilindən sonra UltraSoft təkərlərlə Bottası qabaqlayaraq, builki 6-cı podiumunu əldə edib.

Daniel Rikkardo: “Kiminin cəza alması bizə kömək elədi. Təhlükəsizlik avtomobili çıxanda bilirdim ki, bir şansım olacaq. Əgər Valtterini uzun düzlükdə keçə bilməsəydim, növbəti dəfə o cür fürsətim olmaya bilərdi. Mən də hücum etdim. Alındığı üçün sevinirəm. Bu gün Mercedes və Ferrari yarış tempində bizdən güclü idi, amma inkişafa davam edirik. Podium da bunun bir göstəricisidir.

Buradakı azarkeşlərin Maks üçün gəldiyini bilirəm və onun mübarizəni dayandırması pis oldu. Lakin yenə də qalıb bizi dəstəklədikləri üçün onlara təşəkkür edirəm. Növbədə İtaliya Qran Prisi var və orada da gözəl nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*