Daniel Rikkardo: “Yarış formasında qalmaq üçün testlərdə işləməkdən məmnun olcam, çünki sükan arxasına qayıdanda bədən tam şoka düşməməlidir.. Amma sabah testlər başlasa, yenə də iştirakdan çəkinməyə üstünlük verərdim.
Mövsümün gedişində sükan arxasında işləyəcəyimə hələ də əminəm, amma artıq belə bir istəklə yanıb-yanmadığımı deyə bilmərəm. Hələlik 2023-cü ilin mənim üçün sakit templə başlaması qane edir. Çox stres keçirməməyə çalışıram.
İstənilən halda, hər an yarışa hazır olmaq üçün yaxşı formada qalmalıyam. Artıq 20 kq çəki almamışam və özümü əla hiss edirəm”.