D.Rikkardo ilk gündən narazıdır

Daniel Rikkardo Braziliya QP-nin ilk günündən sonra güclü olmadıqlarını etiraf etsə də, sonrakı 2 gündə hər şeyin düzələcəyinə inanır.

F-1.az xatırladır ki, Rikkardo və Ferstappen ikinci sərbəst yürüşlərdən sonra Mercedes və Williams sürücülərindən geri qalaraq, 5-ci və 6-cı yerləri tutublar.

Rikkardo isti havaya görə təkərlərin tez yeyildiyini bildirib: “Bu gün yarış tempində yaxşı deyildik, amma tras soyuq olsaydı, hər şey daha yaxşı olardı. Təbii ki, bugünkü nəticəmizi inkişaf etdirməyə çalışacayıq, amma sabah tamamilə fərqli hekayə olacağını gözləyirəm.

Yağış yağsa, yaxşı olacaq. Onda əsl əyləncə olacaq. Əgər sabah və bazar günü yağış yağsa, bu təkərlər üçün daha yaxşı olacaq. Bu gün tras isti olduğu üçün təkərlərə nəzarət etmək çətin idi”.

Rikkardo Williams-ın sürətindən təəccüblənib: “Mercedes və Ferrari-nin sürətləri normaldır, amma Williams təəccübləndirdi. Amma aramızda başqa rəqiblərin olması yaxşıdır”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*