D.Rikkardo: “İlk cərgədə olacağımı gözləmirdim”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, onlar üçün çətin keçən cümə günündən sonra Azərbaycandakı yarışa ikinci yerdən başlamağı gözləmirlərmiş...

F-1.az xatırladır ki, Rikkardo ilk sərbəst yürüşlərdə qəza etmişdi və sazlanma tapmaqda çətinlik çəkdiyini bildirmişdi. Sıralanma turunda isə Rikkardo 3-cü oldu, amma 2-ci yeri tutan Peresin startda 5 yer itirməsindən sonra yarışa 2-ci yerdən başlayacaq.

Daniel Rikkardo: “Qətiliklə deyə bilərəm ki, inkişaf etmişik. Bu gün doğru yolda addımlar atdıq. Səhər də rəqabətədavamlı görünürdük. Dünən çətinlik çəkdik. Birinci sərbəst yürüşlərdə qəza etdik və vaxt itirdik. Sıralanma turunda 3-cü sessiya elə də yaxşı deyildi. İlk cəhdimdə səhv etdim və yaxşı dövrə ata bilmədim. Daha sonra isə bu yeri tutmaq üçün yaxşı dövrə vurdum. Buna görə də xoşbəxtəm. Vəziyyəti xeyrimizə dəyişdirə bildik. Birinci cərgədə başlayacağımızı gözləmirdim. Ancaq Peres və başqa sürücülərin hesabına yaxşı vəziyyətdəyik”.

Xatırladaq ki, Rikkardo Həmiltonun qəzasına görə çıxan qırmızı bayraqdan sonra nəticəsini yaxşılaşdırmışdı. “Çox sıxlıq var idi. Öndə trasa çıxmağımı və önümün açıq olmasını təmin edən komandama təşəkkür edirəm. Üçüncü sessiyada atdığım ilk dövrə elə də yaxşı deyildi. Bir neçə dəfə səhv etmişdim. Buna görə də bir şansım var idi və bu zaman qırmızı bayraqlar çıxdı”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*