F-1.az xatırladır ki, avstraliyalı sürücü Çində üçüncü sərbəst yürüşlərdə mühərrik problemi yaşayıb. Amma komanda əzmkarlıq göstərərək, 28 yaşlı sürücünü sıralanma turuna çatdıra bilib.
FİA-nın verdiyi açıqlamaya əsasən, Rikkardonun maşınında daxiliyanma mühərriyindən başqa turbin, MGU-H və MGU-K generatorları da dəyişdirilib. Xatırladaq ki, cümə günü Danielin bolidində batareya və elektronik idarəetmə bloku da dəyişdirilmişdi.
Avstraliyalı sürücü növbəti yarışlarda batareya, elektronik blok və MGU-K generatoru dəyişdirsə, cərimələnəcək…