F-1.az xatırladır ki, avstraliyalı sürücü gələn ildən Renault-da yarışacaq və iki ilə 40 milyon avroya yaxın maaş alacaq.
Kristian Horner: “Düzünü desəm, əvvəl elə bildim ki, zarafat edir. Mənə zəng vurub Renault-ya gedəcəyini dedi. Mən isə cavabında “bu zarafatdır?” deyə soruşdum. Ancaq sonra anladım ki, düz deyir və hörmət etmək lazımdır. Renault böyüməkdə olan markadır və böyük resursları var. Danielin qərarını anlamaq çətin olsa da, səbəbləri var. Məncə, yeni mübarizə istəyir və Maksın inkişaf etməsini görüb dəstəkçi rolunda olmaq istəmir. Hər nə qədər biz onunla elə davranmasaq da. Bərabər şəraitdə yarışacaqdılar və həmişə elə olub. Amma karyerasının bu vaxtında böyük risk etdi.
Danielə istədiyi hər şeyi verdik və bu, bəs eləmədi. Gələn il Ferrari və ya Mercedes-ə keçə bilməsi üçün birillik müqavilə bağlamağa razı idik. Bunu pula və ya statusa görə etmədi. Karyerasının bu nöqtəsində yeni macəra istədi. Yaxşı seçim ola bilər. Lakin peşmançılıq da yaşaya bilər”.