F-1.az xatırladır ki, Horner gələcəkdə Ferstappen ətrafında komanda qurmaq istədiklərini demişdi.
Daniel Rikkardo: “Maks məndən 8 yaş kiçikdir və komandada məndən sonra daha çox qalmaq ehtimalı var. Karyera cəhətdən elə də böyük fərqimiz yoxdur və onun yaşına görə Hornerin o cür açıqlamalar verdiyini düşünürəm. Amma məqsədimiz eynidir. İkimiz də komandaya bacardığımız qədər çox xal qazandırmaq istəyirik”.