D.Rikkardo: Həzz almağa çalışacam

AlphaTauri komandasının sürücüsü Daniel Rikkardo Macarıstan yarışından yaxşı nəticə gözləmir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Macarıstan yarışında AlphaTauri ilə trasa çıxacaq və beləlik o, 8 aydan sonra yarışlara qayıdacaq.

8 yarış qazanmış sürücü keçən həftə AlphaTauri-nin bazasına gedib və oturacaq sazlanması edib.

10 ildən sonra yenidən Faentsa mərkəzli komanda ilə yarışmağa hazırlaşan Daniel Rikkardo bildirib ki, bu həftəsonu əylənməyə çalışacaq: “Qayıtdığım üçün həyəcanlıyam. Red Bull ailəsində qayıtmağa həmişə hazır olmalısınız. Bu çağırış gələndə fürsəti o dəqiqə dəyərləndirdim.

AlphaTauri-yə keçid prosesi problemsiz oldu. Keçən həftə Faentsaya getdim və baza son 10 ildə çox dəyişib. Yenə də tanıdığım adamlar var idi və növbəti yarışa hazırlaşanda özümü evimdəki kimi hiss etdim.

Keçən həftə Silverstounda təkər testində sürəndə də hər şey qaydasında idi.

AlphaTauri-nin maşını necə olursa-olsun onu sürəcəm. Orada qabağa gedəcəm. Bu mövzuda ön mühakiməli olmaq istəmirəm. Bolidin balansı yaxşı olsa, onunla işləyə bilərəm. Anidən sükan arxasına keçib, uğurlu olmaq çətindir, amma həyəcanlıyam.

Bolidi təkmilləşdirməyi və təcrübələrimdən istifadə etməyi səbirsizliklə gözləyirəm. Nəticədə Budapeştdə trasa çıxıb əylənməyi, sağ ayağımı sol ayağımdan çox işlətməyi və yaxşı vaxt keçirməyi düşünürəm. Bu trasda əsas şey temp tutmaqdır, çünki döngələr çoxdur və bir-birlərinə bağlıdır. Bolidin balansı varsa, həzz alacaqsınız”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*