F-1.az xatırladır ki, avstraliyalı sürücü Rusiyadakı sıralanma turunda 5-ci olub.
Daniel Rikkardo: “Nəticədən razıyam. Buraya gələndə tempimiz barədə heç bir fikrim yox idi. Bu trasda keçən il də zəif performans göstərmişdim. Bilirdim ki, çox işləməliyəm. Lakin cümə günü bizi cəsarətləndirdi və sıralanma turu da əla idi. Xüsusilə də, ikinci sessiya. O dövrəmdə təkərlər də, asfaltla ilişmə də ideal idi. Lakin bunu sessiyada təkrarlaya bilmədim. Amma beşinci yerdən razıyam.
Startda yer qazana bilərəm. Onsuz da bilərək beşinci oldum. Çünki Formula2-yə baxdım və orada tək yerdən start alanlar yer qazanırdılar. Hamısı planın bir hissəsidir”.