F-1.az xatırladır ki, avstraıiyalı sürücü Belçikada podiuma yaxınlaşsa da, çox cüzi fərqlə 4-cü olub. Son dövrədə ən sürətli zaman nəticəsini göstərən Dani, fərqli strategiyada olan Peres və Qaslini ötərkən bir az vaxt itirib.
Daniel Rikkardo: “Tempimiz yaxşı olsa da, əsəbiləşdim, çünki Peres və Qaslinin strategiyalarına görə Maksa çata bilmədim. Bariyer kimi idilər. Əgər onlar olmasaydı, Maksa daha yaxın olardım. Keçmək mümkün olardımı, bilmirəm, ancaq bəxtimi sınamış olardım.
Peres və Qaslini keçərkən təkərlərim çox qızdı. Onları normal temperatura qaytarıncaya qədər bir neçə dövrə lazım oldu. Hər şey düzələndə isə maşından maksimumu aldım və ən sürətli dövrəni vurdum”.