F-1.az xatırladır ki, Rosberq təqaüdə çıxdıqdan sonra avstraliyalı sürücünün adı Mercedes-lə hallansa da, Rikkardo Red Bull-dan ayrılmayacağını demişdi. Amma 27 yaşlı sürücü bildirib ki, Həmiltonla eyni komandada olsaydı, onu məğlub edə bilərdi: “Bu sualı mənə əvvəllər də veriblər. Lyuislə eyni komandada yarışmaq istəyərdim. Çox sürətlidir və istedadlıdır. Amma Həmiltonla eyni komandada olsaydım, onu məğlub edə bilərdim. Özümə güvənirəm.
Lyuislə heç bir problemim yoxdur. Mənimlə bağlı pis söz deməyib. Mənimlə həmişə arası yaxşı olub. Bəzən onunla söhbət edirik. Amma çox yaxın dost deyilik. Hər gün bir yerdə yemək yemirik. Üz-üzə gələndə danışmağa mövzu tapırıq, amma bir-birimizdən telefon zəngi gözləmirik”.