D.Rikkardo Həmiltonu gözləyir?

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Daniel Rikkardo hazırda Lyuis Həmiltonun qərarını gözləyir.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitsə də, 28 yaşlı sürücü hazırda alternativləri dəyərləndirir.

Helmut Marko: “Rikkardo qərar vermək üçün Lyuisin müqavilə bağlamasını gözləyir. Qəribə haldır və ümid edirəm ki, tezliklə bitər. Kanadaya yüksək əhval-ruhiyyə ilə gedirik. Renault da mühərriklə bağlı yeniliklər gətirib. Lakin bəzi mövzular stressi artırır. Xüsusən də, Rikkardonun vəziyyəti və 2019-cu ildə hansı mühərriklə yarışacağımız dəqiqləşməyib. Bunları tezliklə həll etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*