F-1.az xatırladır ki, avstraliyalı sürücü 2014-cü ildə komanda yoldaşı Fetteli geridə qoya bilmişdi. 28 yaşlı sürücü son iki mövsümdə Ferstappendən də üstün ola bilib.
Daniel Rikkardo: “Komanda yoldaşım barədə heç vaxt narahat olmadım. İnsanlar yalançı olduğumu düşünəcək, ancaq həmişə sürətli komanda yoldaşı istəyirəm. Əgər belə komanda yoldaşınız olsa, gördüyünüz işdən daha çox həzz alırsınız. Öz potensialınızı görürsünüz. Ən yaxşı olmaq üçün güclülərlə mübarizə aparmalısınız. Hazırda ən yaxşı sürücülərdən biri ilə – Maksla komanda yoldaşıyam. Lakin bir gün Həmiltonla mübarizə aparmaq istəyərəm”.