F-1.az xatırladır ki, Red Bull komandası İspaniya yarışında Rikkardo üçün fərqli strategiya seçmişdi və Maks Ferstappen qələbə qazanmışdı. Monakoda isə Rikkardo poul qazanmasına və yarışda birinci yerdə getməsinə baxmayaraq, pit-stop zamanı təkərlərinin vaxtında hazır olmamasına görə vaxt itirmiş və buna görə də Həmiltonun gerisinə düşmüşdü.
Daniel Rikkardo: “Barselonada olanları ürəyimdə saxladım, amma ardıcıl ikinci dəfə belə olanda… Biz Mercedes kimi hər yarışı qazanmaq gücündə deyilik. Buna görə də iki yarışda birinci yerdə gedərkən, xüsusən də, Monakoda ikinci dəfə səhv edərək bu fürsəti əldən vermək məni məyus edir.
Bundan sonra nə edəcəyimi bilmirəm. Sözün açığı, nələrin baş verdiyini anlayıb, dərs çıxarmalıdırlar. Amma bu qələbə heç vaxt bizim olmayacaq. Bu reallıqdır.
Yarışın əvvəlində yağışlı havada əla performans göstərdim və hər şeyi nəzarətdə saxladım. Sözün açığı, bu işdə komandaya və strategiyaya güvənmək çox vacibdir. Ardıcıl 2 yarış, ardıcıl 2 yarış… Bir dənə bunu deyə bilirəm. Çox məyusam”.