F-1.az xatırladır ki, avstraliyalı sürücü bugünkü yarışa 12-ci yerdən başlayacaq.
Daniel Rikkardo: “Qəribə idi. Tempimiz yox idi, amma üçüncü sərbəst yürüşlərdə güclü görünürdük. Təbii ki, tras şəraiti dəyişir, ancaq sıralanma turunda daha yaxın olmağı gözləyirdik. Buna görə də 12-ci yerdən razı deyiləm. Yarışda rəqiblərimizdən fərqli strategiya seçəcəyik.
Renault-da son yarışım olduğu üçün yaxşı nəticə qazanmaq istəyirdim. Yarışda podiuma çıxmağa çalışacağam”.