F-1.az xatırladır ki, avstraliyalı sürücü MEksikadakı cümə sərbəst yürüşlərndə ötürmələr qutusu ilə bağlı problem yaşayıb.
Daniel Rikkardo: “İkinci sessiyada problem yaşadıq və boksa gəlməli olduq. Bəzi şeyləri yoxlamadan keçirdik. Daha sonra trasa çıxa bilmədik. Risk almağa dəyməzdi. Hard təkərlə bir neçə dövrə vurduq. Şənbə günü yaxşı işləməliyik.
Tras tozlu idi. Keçən il burada olmadığımız üçün tras çırklənib. Həm də sərbəst yürüşlər 2019-cu ilə nisbətən bir saat azdır. Bütün bu ünsürlər trasın sürüşkən olmasına gətirib çıxarır. Şənbə günü də heç nə dəyişməyəcək. Buna baxmayaraq, əlimdən gələni edəcəm. Hələ heç nə bitməyib. Çoxlu işləməliyik. Görək nə olur”.