D.Rikkardo: “Heç kimin dalınca danışmayacam”

Red Bull komandasının ürücüsü Daniel Rikkardo bildirib ki, komandadan ayrılsa belə, onlar barədə pis söz deməyəcək.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitir və 28 yaşlı sürücü müqavilə yeniləməyə tələsmir. Qeyd edək ki, “qırmızı öküzlər” 1o ildir ki, Rikkardonu dəstəkləyirlər və hazırda onun verəcəyi qərar karyerasına təsir edə bilər.

Daniel Rikkardo: “Əlbəttə, birdən çox alternativim ola bilər. Belə hal karyeramda ilk dəfə olur. Həm həyəcanlanıram, həm də özümü əla hiss edirəm. Ancaq doğru qərar vermək lazımdır. Heç kimə hörmətsizlik etmək və ya pis söz demək istəmirəm. Əgər komandadan getsəm, “onlar belə olduqları üçün ayrıldım” deməyəcəm. Hansı yolu seçsəm, Red Bull-un karyeram üçün etdiklərini unutmayacağam. Nə olursa-olsun, onlar barədə pis danışa bilmırəm. Mən elə adam deyiləm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*