F-1.az xatırladır ki, İmola yarışının startında iki avstraliyalı sürücü rəqibinə təmas edərək, onun yarışını bitirib. Rikkardo da yarış ərzində pis təsir bağışlayıb və yarışı sonuncu yerdə bitirib.
Daniel Rikkardo: “Problemin nə olduğunu və bizə necə təsir etdiyini görməliyik. Karlosa təmas etdim, yerində fırlandı. Daha sonra arxadan da təmas aldım. Əvvəl elə bildim ki, kimsə itələdiyi üçün Karlosa toxundum, amma sonra anladım ki, Karlosa birinci mən vurmuşam və daha sonra məni arxadan itələyiblər.
Birinci döngədə yan-yana gəldik. Mən porebriklərə çıxaraq özümə yer tapmağa çalışdım, amma o anda maşın sürüşdü. Karlos orada sola dönürdü və mən də ona arxadan vurdum. O, yerində fırlandı və bu, pis hal idi. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Karlosdan üzr istəyəcəm. Bu heç nəyi dəyişməsə də, əlimdən gələn budur”.