F-1.az xatırladır ki, avstraliyalı sürücü doğma publikası önündə sıralanma turunda 5-ci olub. 28 yaşlı sürücü 2-ci sərbəst yürüşlərdə qırmızı bayraqlara riayət etmədiyi üçün yarışın startında 3 yer itirəcək.
Daniel Rikkardo: “İlk yarışda aldığım cəza məni məyus etdi. Elə bil biləyimdən vurublar. Hər şey daha yaxşı ola bilərdi, ancaq bunu qəbul etməliyəm. Sıralanma turunun ilk sessiyası əla idi, amma sonrakı sessiyalarda zəiflədim. Deyəsən, ən böyük problemin ilk sektorda idi. Balans yaxşı deyildi. Bolidin performansı yaxşı olduğu üçün daha çox məyus oldum. Burada gözəl nəticə ala bilərdik. Amma əlimdən gələni edərək publikama gözəl şou göstərmək istəyirəm”.