D.Rikkardo: Gələn il yarışmaq risk idi

Red Bull komandasının ehtiyat sürücüsü Daniel Rikkardo bildirib ki, 2023-cü ildə də yarışıb geridə qalsa, idmandan gedəcəkdi.

F-1.az xatırladır ki, avstraliyalı sürücü McLaren-də iki uğursuz mövsüm keçirdikdən sonra komanda ilə yollarını ayırmış və bir il formula1-dən uzaqda qalmaq qərarı almışdı. 33 yaşlı pilot gələn mövsüm Red Bull komandasının ehtiyat sürücüsü kimi işləyəcək.

Daniel Rikkardo: “Hər iki qərar da riskli idi. Lakin 2024-cü ildə qayıtsam, daha güclü olacam. Buna görə də birillik fasilə yaxşı qərardır. Gələn il arxalarda yarışmaq riskli olardı.

Gələn il yarışıb uğursuz olsaydım, idmanla olan işim bitərdi. Buna görə də bu risk birillik fasilədən daha böyükdür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*