F-1.az xatırladır ki, avstraliyalı sürücü çempionatda 4-cü yer uğrunda mübarizə aparır və əsas rəqibi Rəykköneni 7 xal qabaqlayır.
Daniel Rikkardo: “Bu mövsüm gözləntilərimiz yüksək idi. Ümid edirik ki, gələn il fərqi azaldarıq. Bu çempionluq üçün bəs edəcəkmi? Məncə, daha yaxın olacağıq. Əvvəldən proqnoz vermək istəməsəm də, bu il çox şey öyrəndik. Qışda gərgin işləməliyik.
Gələn il öz adıma boşluqları doldurmaq istəyirəm. Məncə, yaxşı mövsüm keçirtdim. Amma mən 20 yarışda da güclü olmaq istəyirəm. Bu mövsümdən razı idim, lakin özümü daha yaxşı göstərmək istəyirəm”.