D.Rikkardo: “Fürsəti yaxşı dəyərləndirdik”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo önündəki 3 sürücünün mübarizəni dayandırmasından sonra podiuma yüksəkib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü İspaniyada lider Həmiltondan 75 saniyə geri qalsa da, 6 yarışdan sonra podiuma yüksəlib.

Daniel Rikkardo: “Mövsümün ilk podiumu xüsusi idi. Valtterinin də mübarizəni dayandırması ilə əlimizə çoxlu gözəl fürsət keçdi və mənim tək vəzifəm bolidi finişə gətirmək idi. Arxadan hücum hiss etmədim və öndəkilər çox uzaqda idilər. Günün ən stressiz sürücüsü mən oldum. Yenidən şampana məruz qaldığım üçün sevincliyəm. Buranı çox sevirəm. Yarışdan əvvəl yağış ehtimalı olsa da, yağmadı. Yarışı gözəl havada tamamladıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*