F-1.az xatırladır ki, Maks Ferstappen Fettelə qarşı müdafiə olunarkən trası kəsdiyi üçün nəticəsinə 5 saniyə əlavə edilib. Beləliklə, Fettel 3-cü, Rikkardo 4-cü olub.
Rikkardo yarışın sonunda Fettelə hücum etsə də, onu keçə bilməyib və avstraliyalı sürücü Fettelin trayektoriya dəyişdirdiyini və yeni qaydalara görə almaniyalı sürücüyə cəza verilməli olduğunu deyib: “Hamının şikayət etdiyi şeyi Sebastyan etdi. Bəlkə də, indi gülür, amma podiuma layiq deyildi. Əylənmə vaxtı birdən qapını bağladı və mənə yer qoymadı”.
Rikkardo əlavə edib ki, startda ilk döngəni kəsən Həmiltona da cəza verilməlidir: “Lyuis də cəzaya layiq idi. Bir səhv etdi və cəzasını çəkməli idi”.