F-1.az xatırladır ki, Red Bull komandası gözlənilmədən Ferstappenlə müqavilənin 2020-ci ilə qədər uzadıldığını bildirmişdi.
Daniel Rikkardo: “İndiyə kimi kiminsə tərəfinin tutulduğunu görmədim və ya hiss etmədim. Gələcəyə dair proqnoz verə bilmərəm. Belə şey olsaydı, xəbəriniz olardı, çünki məyusluğumu bildirərdim. Bunu gizlətmərəm.
Bəzi rekordları qırır və Red Bull markası onun daha çox uğur qazanmasını istəyəcək. Bu yaxşı haldır və markanın imicini qaldıracaq. Marketinq cəhətdən bunu anlayıram. Amma qapalı qapılar arxasında hamı bərabərdir. İndiyə kimi ədalətli davranıblar”.