D.Rikkardo: “Ferstappenin gəlişi komandaya inkişaf gətirdi”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Maks Ferstappenin İspaniyadakı qələbəsi Red Bull-un inkişafında böyük rol oynayıb...

F-1.az xatırladır ki, Maks Ferstappen İspaniya yarışından əvvəl Toro Rosso komandasından Red Bull-a transfer olnmuş və yeni komandasındakı ilk yarışında qalib gəlmişdi. Avstriya təmsilçisi bu qələbədən sonra yaxşı temp tutaraq, mövsümü rahatlıqla ikinci yerdə bitirib.

Daniel Rikkardo: “Maksın komandaya gəlməsi böyük hadisə idi. Xüsusən də, ilk yarışında qələbə qazanması dəlilik idi. Mən düşünürəm ki, heç kim Maksın komandadakı rolununu və komandaya verəcəyi xeyri bilmirdi. Qələbə bizə çox yaxşı enerji qatdı və güclü temp tutduq. Amma İspaniyada hamı deyirdi ki, Maksın Daniili əvəzləməsi böyük səhvdir. Amma qələbə həm onu, həm də komandanı rahatladı. Bu, bizi və şəxsən məni uğura apardı. Mövsümün əvvəlindən doğru səviyyədə idim. Mövsümə Daniildən daha yaxşı başladığım üçün ilk yarışlar qarışıq keçdi. Amma Maks gəldikdən sonra daha yaxşısını etmək üçün bir-birimizlə rəqabət apardıq. O, sıralanmalarda mənə yaxınlaşdıqca, daha yaxşısını göstərmək üçün əlimdən gələni edirdim. Telemetriya məlumatlarına baxırdım və harada daha yaxşı ola biləcəyimi görürdüm. Bu, məni daha güclü edirdi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*