F-1.az xatırladır ki, avstraliyalı sürücü hər iki pilotla da komanda yoldaşı olub.
Daniel Rikkardo: “Sebastyan zəif deyil. Amma Maks hələ gəncdir. İndi sürətlidir və yaşlandıqca daha da güclənəcək. Sebastyan uzun illərdir bu işi görür. Sürücü kimi həmişə təkmilləşirsiniz. Amma Sebin təkmilləşməsi üçün az sahə var. Maksda isə potensial çoxdur. Sebastyan bunu oxuyursa, çox məyusam.
Maks ilk andan çox sürətli olur. Hər şeyi tez hiss edir. İnstinktləri ilə sürür. Amma məncə, Sebastyan texniki cəhətdən daha həssasdır. Maks isə saf istedadla sürür”.