F-1.az xatırladır ki, avstraliyalı sürücü 2014-cü ildə Fettellə komanda yoldaşı olmuş və dördqat Dünya Çempionunu xal hesabında geridə qoymuşdu. Rikkardo son iki mövsümdə Ferstappenlə komanda yoldaşıdır və 28 yaşlı sürücü keçən il hollandiyalı sürücünü məğlub emişdi. Bu il isə 20 yaşlı sürücünü 94 xal qabaqlayır.
Daniel Rikkardo: “2016-cı ildən Maks ilə komanda yoldaşıyam və onunla mübarizə aparmaq Fettelə nisbətən çətindir. Təbii ki, Fettel güclü sürücüdür və qazandığı çempionluqlar bunu isbatlayır. Amma Maks istənilən şəraitdə hücum edir və aqressiv olur. Buna görə də onu məğlub etmək üçün çox yaxşı işləməlisiniz. Komanda daxilində iki əks xarakterli sürücü olmasına baxmayaraq, problem yaşamırıq. Maks çox yaxşı oğlandır və cavan olduğu üçün hərdən səhvlər edə bilir. Əsas səhvlərindən dərs çıxarmasıdır”.