F-1.az xatırladır ki, avstraliyalı sürücü karyerası ərzində Jan Erik Vern, Sebastyan Fettel, Daniil Kvyat və Maks Ferstappen kimi sürücülərlə komanda yoldaşı olub.
Daniel Rikkardo: “Ən güclü komanda yoldaşım Maks idi. Jan və Sebastyan da sürətli idilər, amma həm stabillik, həm də sürət cəhətdən Maks yarışdığım ən güclü komanda yoldaşımdır. Saf sürət cəhətdən güclüdür. Son illərdə çox inkişaf edib. Keçən il bitirə bilmədiyi yarışlardan sonra məyus olsa da, bunun öhdəsindən peşəkarcasına gəldi”.