F-1.az xatırladır ki, Britaniyadakı cümə sərbəst yürüşlərində Mercedes sürücüləri ilk iki yeri əldə etdiyi halda, onları iki Ferrari sürücüsü izləyib. Red Bull komandasından Maks Ferstappen lider Bottasdan 0.6 saniyə, Rikkardo isə 1.1 saniyə geridə qalıb.
Daniel Rikkardo: “Mercedes cümə günü sürətli idi. Amma onlar əksər hallarda sıralanma turunda güclü olurlar bə buna görə də onlara mane olmaq mümkünsüzdür. Ancaq vahid dövrə cəhətdən Ferrari-yə çata bilərik və bunu yarış tempində də davam etdirə bilərik. Bolid cümə günü tam hazr deyildi və buna görə düşünürəm ki, şənbə günü daha güclü ola bilərik. Hələ də doğru balansa və hisslərə sahib deyilik.
Külək bizim xeyrimizə deyilid, lakin buna baxmayaraq Copse döngəsini tam sürətlə keçə bildik. Buna görə də həzz aldıq. Qətiliklə deyə bilərəm ki, sürətlənə bilərik”.