F-1.az xatırladır ki, Fettel növbəti mövsüm Ferrari-də yarışmayacaq. Onu Karlos Sayns əvəz edəcək. Rikkardo isə Karlos Saynsın əvəzinə McLaren-də yarışacaq. Lakin avstraliyalı sürücü daha əvvəl Ferrari ilə danışıqlar apardığını etiraf edib: “Bir neçə il əvvəl onlarla danışıqlar aparmışdıq və əlaqələr kəsilməmişdi. Bunu inkar etməyöcəm, amma heç vaxt bəhrəsini görmədim. Niyə reallaşmadığını bilmirəm. Əksəriyyət adıma və qələbələrimə görə məni Ferrari-yə layiq görürdü. Ancaq belə hallarda əsasən hisslərimə qulaq asıram.
Ferrari-nin Karlosu seçməsini anlayıram və məyus deyiləm. Karlos keçən il çox güclü idi. Hazırda populyardır və Ferrari-yə çox uyğundur”.