F-1.az xatırladır ki, Ferrari komandası keçən il Karlos Saynsı transfer edərək, Formula1 dünyasını təəccübləndirmişdi. Bunun əsas səbəbi isə əksəriyyətin Fettelin yerinə Rikkardonu gözləməsi idi.
Daniel Rikkardo: “Danışıqlar aparsaq da, müqavilə bağlamaq mərhələsinə çatmadıq. Bir neçə dəfə telefonla danışdıq, amma maaş və müqavilə barədə ətraflı söhbət olmadı.
Peletonda italiyalı sürücü olmayanda insanlar məni Ferrari-də görmək istəyirdilər. Düşünürdülər ki, oraya tez uyğunlaşcağam. Məncə də, elə olardı. Gözəl hekayə yaranardı. Balaca uşaq olanda, Ferrari azarkeşi idim. Bütün ailəmiz onları tuturdu. Atam Siciliyada anadan olmuşdu. Eyni zamanda Sennanın azarkeçi idi. Buna görə Ferrari-yə çox can yandırmazdı. Bəzi Ferrari məhsullarım olsa da, Ferrari-də yarışmaq xəyalım yox idi. Mənim xəyalım Formula1-də yarışmaq idi”.