F-1.az xatırladır ki, avstraliyalı sürücü cümə gününü lider Fetteldən 0.8 saniyə geridə – 3-cü yerdə bağlayıb.
Daniel Rikkardo: “Sözün açığı, Ferrari gözlədiyimizdən sürətli görünürdü. Düşünmürdüm ki, fərq bu qədər böyük olsun. Dünən Mercedes-lərin öndə olacağımı və Ferrari-lərin bizimlə təxminən eyni tempdə gedəcəyini düşünürdük, amma işlər elə getmədi. Hazırda Ferrari favoritdir. Amma sabah Mercedes-in də gücünü görməliyik.
Bolidimizin vəziyyəti yaxşıdır, amma inkişaf etməli olduğumuz nöqtələr var. Əgər bunları düzəldə bilsək, hər şey daha yaxşı olar”.