F-1.az xatırladır ki, avstraliyalı sürücü Formula1-də 11 mövsüm keçirib və 8 yarış qazanıb. 33 yaşlı pilot bu mövsüm yarışmayacaq və Red Bull-un ehtiyat sürücüsü olacaq.
Daniel Rikkardo: “Təcrübəmə görə deyə bilərəm ki, Monako inanılmazdır. Bu vacib tədbirdir və orada qalib gəlmək sehirlidir. Formula1 deyəndə ağlıma Monako Qran Prisi gəlir. Yaxtalar, məşhurlar, yarışlar və hər şey ilk sıradadır.
Azarkeş olaraq isə Amerikanı deyə bilərəm. Ostini sevirəm. Çox əyləncəlidir. Barbekü, musiqi… Özünə məxsus ab-havası var və məncə, xüsusi yerdir. Oraya getməyi sevirəm”.